“Azərsun Holdinq” “Qafqaz Konserv Zavodu”na mediatur təşkil etdi - FOTOLAR
“Azərsun Holdinq”in təşkilatçılığl ilə media nümayəndələri üçün “Qafqaz Konserv Zavodu”na mediatur keçirilib. Tur zamanı jurnalistlər “Bizim Tarla” kompotlarının istehsal prosesi ilə yaxından tanış olublar.
Media nümayəndələrini qarşılayan zavodun direktoru Famil Qeybullayev müəssisənin fəaliyyət istiqamətləri, istehsal gücü və məhsulların hazırlanmasının bütün mərhələləri barədə ətraflı məlumat verib. O bildirib ki, “Qafqaz Konserv Zavodu” yüksəkkeyfiyyətli məhsullar istehsal etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına və regionun sosial-iqtisadi inkişafına da mühüm töhfə verir.
Direktor qeyd edib ki, zavodun əsas fəaliyyət istiqamətlərindən biri yerli fermer və bağ sahibləri ilə uzunmüddətli əməkdaşlığın qurulmasıdır. Bu əməkdaşlıq sayəsində meyvə istehsalçıları məhsullarını sabit və sərfəli qiymətlərlə realizə edirlər, həmçinin kənd təsərrüfatının inkişafı və yerli istehsalın dəstəklənməsi istiqamətində mühüm nəticələr əldə olunur.
Media tur çərçivəsində jurnalistlər zavodun istehsal sahələrini gəzərək məhsulların xammalın qəbulundan emalına, qablaşdırılmasından hazır məhsulun anbara göndərilməsinədək bütün istehsal mərhələlərini yaxından izləyiblər. Onlara istehsal prosesində tətbiq olunan müasir avadanlıqlar, keyfiyyətə nəzarət sistemi və qida təhlükəsizliyi standartları barədə ətraflı məlumat təqdim olunub.
Digər Xəbərlər
11 Iyul 2026 18:53
"101 yaş istəyirəm səndən" - Sakinlərlə Prezidentin maraqlı dialoqu + YENİLƏNİB
11 Iyul 2026 17:42
Dövlət başçısı Xocavəndin Quzeyxırman kəndində olub - FOTOLAR
11 Iyul 2026 17:12
Şuşanın Qarabağ küçəsindən FOTOLAR
11 Iyul 2026 12:25
Bakıda növbəti daxili iməcilik keçirilib
10 Iyul 2026 17:44
34 ildən sonra taxıl biçini aparılır
10 Iyul 2026 16:56
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
10 Iyul 2026 15:21
Azərbaycanda balıqçılıq sahəsi yeni qanunla tənzimlənəcək
10 Iyul 2026 15:17


Bakı -°C

