adalet.az header logo
  • Bakı -°C
26 Iyul 2026 13:31
94
MƏMLƏKƏT
A- A+

Temperatur 40 dərəcə qalxacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.