İsrail ordusu Əbu Şakanı öldürdü
İsrail ordusu Qəzzada HƏMAS-ın qərargahının istehsal şöbəsinin rəhbərini məhv edib.
Adalet.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
“İsrail ordusu Qəzza zolağının şimalında təşkil etdiyi hücumda HƏMAS-ın silah istehsalı şöbəsinin rəhbəri Fəres əl-Məsrini öldürüb. O, HƏMAS-ın hərbi imkanlarını bərpa etmək səylərinin bir hissəsi olaraq silah istehsalı ilə məşğul olub ki, bu da atəşkəs razılaşmasının pozulmasıdır. Bundan əlavə, ordu Qəzza zolağının şimalında təşkil etdiyi ayrı bir hücumda HƏMAS-ın “Nuxba” xüsusi təyinatlı qüvvələrindən olan terrorçu Məhəmməd Əbu Şakanı öldürüb”, - məlumatda qeyd olunub.


Bakı -°C

