adalet.az header logo
  • Bakı -°C
26 Iyul 2026 13:18
69
HADİSƏ
A- A+

Yaylaq Festivalında çardaq niyə çöküb? - AÇIQLAMA

5-ci Milli Yaylaq Festivalı zamanı səhnə aşmayıb, cıdır meydanı yanında yerləşən və atlar üçün samanların saxlanması üçün nəzərdə tutulan yüngül taxta konstruksiyalı, üstü qarğılı çardaq çöküb.

Adalet.az xəbər verir ki, bu barədə 5-ci Milli Yaylaq Festivalının təşkilatçılarının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, tədbirin səhnəsi gün ərzində fəaliyyət göstərib və ikinci günün əsas konserti saat 22:00-dək davam edib.

Çökən çardaq insanların oturması üçün nəzərdə tutulmayıb, masa və oturacaqlarla təchiz edilməyib və altında heç bir xidmət təşkil ediməyib.

Hadisənin başvermə səbəbləri müvafiq qaydada araşdırmanın nəticəsində müəyyənləşəcək.

“Hadisədən təəsüfləndiyimizi bildirməklə, yüngül xəsarət alan vətəndaşlarımıza şəfa diləyirik”, - açıqlamada bildirilib.

Qeyd edək ki, hadisə nəticəsində yeddi nəfər xəsarət alıb.