ABŞ İranda mürəkkəb əməliyyata hazırlaşır
ABŞ İranın nüvə obyektlərində əməliyyat keçirmək üçün bir neçə min əsgər göndərməyi nəzərdən keçirir.
Adalet.az xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb.
Bildirilib ki, əgər əmr verilərsə, ABŞ xüsusi təyinatlı qüvvələri İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranı ələ keçirmək üçün "hərb tarixinin ən mürəkkəb əməliyyatına" başlamağa hazır olacaqlar.
Məlumata görə, yerüstü əməliyyata minlərlə əsgər cəlb edilə bilər.
Onlar nüvə obyektlərinə basqın edəcək və onları təhlükəsizləşdirəcəklər. Kiçik bir xüsusi əməliyyat qüvvələri isə zənginləşdirilmiş uranı geri alacaqlar.
Qeyd edək ki, iyulun ortalarında "Voll Strit Jurnal" qəzeti ABŞ Prezidenti Donald Trampın əsas müşavirləri ilə keçirdiyi bir sıra iclaslardan sonra İrana qarşı əməliyyatların gücləndirilməsinə meylləndiyini bildirmişdi.
Ötən gün isə ABŞ Prezidenti Donald Trampın İrana qarşı əməliyyatların dayandırılması barədə əmr verdiyi xəbəri yayılıb.
Digər Xəbərlər
26 Iyul 2026 09:44
200-dən çox Amerika hərbçisi məhv edilib - SEPAH
26 Iyul 2026 09:22
Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü
25 Iyul 2026 18:00
Tramp: Çin və Rusiya İrana silah verməyəcək
25 Iyul 2026 17:01


Bakı -°C

