adalet.az header logo
  • Bakı -°C
26 Iyul 2026 09:22
68
DÜNYA
A- A+

Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü

Rusiyanın ən yüksək zirvəsi olan Elbrus dağında baş verən faciə nəticəsində iki alpinist həyatını itirib, daha dörd nəfərin axtarışları davam edir.

Adalet.az xəbər verir ki, ilkin məlumata əsasən, dağa qalxan qrup yeddi nəfərdən ibarət olub.

Bildirilib ki, 5100 metr yüksəklikdə iki alpinistin səhhəti qəfil pisləşib. Bundan sonra qrup üzvlərindən biri aşağı enərək xilasedicilərə məlumat verib.

Məlumata görə, həyatını itirən alpinistlər Bosniya və Herseqovina vətəndaşlarıdır.

Hazırda xilasedicilər əlverişsiz hava şəraitində qrupun itkin düşən daha dörd üzvünün axtarışlarını davam etdirirlər.