06 Iyun 2025 12:37
126
GÜNDƏM

“Azərsun Holdinq” Qurban bayramında minlərlə ailəyə bayram sovqatı hədiyyə edib

Qurban Bayramı İslam dininin ən gözəl və mənalı bayramlarından biridir. Bu müqəddəs gün birlik, bərabərlik və paylaşmaq kimi dəyərləri ön plana çəkir. Bayram insanlara sahib olduqları nemətləri ehtiyacı olanlarla bölüşməyin önəmini xatırladır.

“Azərsun Holdinq” hər zaman olduğu kimi bu bayramda da ənənəsinə sadiq qalıb. Şirkət Bakı və ətraf rayonlarda yaşayan minlərlə aztəminatlı ailəyə, şəhid və qazi ailələrinə bayram sovqatları çatdırıb.

Məhsullarını dünyanın 40-dan çox ölkəsinə ixrac edən “Azərsun Holdinq”, Qurban Bayramında da insanlara sevinc bəxş edərək həmrəylik ruhunu yaşadıb.