“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir - FOTOLAR
İnnovasiya və sürət lideri “Bakcell” “INMerge” İnnovasiya Sammitində tərəfdaş qismində çıxış edir. Sammit çərçivəsində “Bakcell”in son dövr innovasiya və süni intellekt əsaslı interaktiv stendi fəaliyyət göstərir. Stenddə “Bakcell”in təqdim etdiyi yeniliklər və süni intellekt əsaslı məhsul və xidmətlər barədə məlumat əldə etmək mümkündür. Bununla yanaşı, ziyarətçilər virtual reallıq (VR) texnologiyasına əsaslanan interaktiv oyunlarda iştirak edərək müxtəlif prestijli hədiyyələr qazanmaq imkanı əldə edirlər. Stenddə xüsusilə quraşdırılmış robot-barista iştirakçılara yeni dövr texnologiyalar vasitəsilə hazırlanan içkilər təqdim edir.
Sammitin ilk günündə “Bakcell”in “Telekom” vertikalında şirkətin baş icraçı direktoru Klaus Müller və nüfuzlu qlobal liderlərin texnologiya kommunikasiyaları, rəqəmsal inkişaf və innovasiya ekosisteminin inkişafı mövzusunda geniş müzakirəsi nəzərdə tutulub. "PAŞA Holding" tərəfindən 29-30 sentyabr tarixlərində keçirilən “INMerge” İnnovasiya Sammiti regionda innovasiya, texnologiya və rəqəmsal transformasiya sahəsində əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi üçün mərkəzi platformadır. Builki sammitdə “Netflix”, “OpenAI”, “NVIDIA” kimi nəhəng şirkətlərin rəhbər və nümayəndələri iştirak edir. Tədbirdə 30-dan çox ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir araya gəlir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
14 Noyabr 2025 18:55
“9990” və “7770” nömrələri ilə bağlı yayılan iddialara DİN-dən reaksiya
14 Noyabr 2025 16:23
Lotereya qalibi lüks avtomobilinin açarını təhvil aldı!
13 Noyabr 2025 10:21
Kiberhücumlar daha çox bu proqramlardan olub
07 Noyabr 2025 17:00
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu!
04 Noyabr 2025 15:20
Tanımadığınız nömrələrdən gələn linkləri açmayın! - ETX-dan xəbərdarlıq
03 Noyabr 2025 21:00
"X" bir ayda Azərbaycandakı bazar payının 77 %-ni itirib
31 Oktyabr 2025 19:59
Bakcell-in meqa lotereyasında 4-cü qalib avtomobil qazandı!
29 Oktyabr 2025 16:48


Bakı -°C

