"Bakı Marafonu 2025"in qalibləri məlum oldu - YENİLƏNİB

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2025"in qalibləri müəyyənləşiblər.
Adalet.az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı ilə keçirilən marafonda kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub. Rusiyalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.
Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.
Qaliblərə pul mükafatları və medallar təqdim olunacaq.
Qeyd edək ki, marafonda 28 minədək iştirakçı qeydiyyatdan keçib.
***10:19
Bakı Marafonu “Küləyə qalib gəl” start götürüb.
Adalet.az xəbər verir ki, marafon saat 10:00-da Dövlət Bayrağı Meydanından başlayıb.
Artıq 8-ci dəfədir Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonuna minlərlə iştirakçı, tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar qoşulub. Ümumilikdə, marafonda 28 minədək şəxs qeydiyyatdan keçib. Yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da iştirak edir.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, həmçinin, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digər ölkələrdən qoşulanlar var.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edir.
Digər Xəbərlər

“Əl-Əhli” Asiya Çempionlar Liqasının qalibi olub

“Şamaxı” “Səbail”ə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Avarçəkənlərimiz "Prezident Kuboku-2025"də 14 medal qazandılar

Konfrans Liqası: "Çelsi" İsveçdə, "Betis" doğma meydanda qələbə qazandı

Rodriqo "Real"dan getmək istəyir

Avropa Liqası: "Atletik" "Yunayted"i, "Tottenhem" "Budo Qlimt"i qəbul edəcək
