Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Sabah "Bakı Metropoliteni" QSC gücləndirilmiş rejimdə işləyəcək.
Bu barədə Adalet.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" Futbol Klubunun növbəti matçı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Oktyabrın 1-də "Gənclik" stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçla əlaqədar paytaxtımızda təşkil edilən kütləvi tədbirlər və Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Saat 20:45-də başlanacaq oyuna azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. "Gənclik" stansiyasında nəzarət mexanizmləri artırılacaq, əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək. Ehtiyat tədbirlər "28 May" və "Nərimanov" stansiyalarında da həyata keçiriləcək. Sərnişin axınının intensivliyinə əsasən zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin qrafikinə uyğun hərəkət edəcək.
Digər Xəbərlər

BDYPİ-nin sürücülərə MÜRACİƏTİ

Prezident onlara general-mayor rütbəsi verdi

AYNA-ya yeni vəzifə həvalə edildi

Prezident və Birinci vitse-prezident Cabir İmanovun vida mərasiminə əklil göndərib

“E-Şikayət” sisteminə daxil olan müraciətlərin sayı açıqlandı

"Tıxac problemi təqdim olunan qədər faciəvi deyil" - Deputat

Aqil Abbas: “Şuşa bizim ən böyük qələbəmizdir” – VİDEO
