BDYPİ-nin sürücülərə MÜRACİƏTİ

Milli Hidrometeorologiya Xidməti oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Adalet.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Xüsusilə, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.
Digər Xəbərlər

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Prezident onlara general-mayor rütbəsi verdi

AYNA-ya yeni vəzifə həvalə edildi

Prezident və Birinci vitse-prezident Cabir İmanovun vida mərasiminə əklil göndərib

“E-Şikayət” sisteminə daxil olan müraciətlərin sayı açıqlandı

"Tıxac problemi təqdim olunan qədər faciəvi deyil" - Deputat

Aqil Abbas: “Şuşa bizim ən böyük qələbəmizdir” – VİDEO
