03 Oktyabr 2024 15:52
335
HADİSƏ

Bakı metrosunda faciə - Sərnişin qatarın altında qaldı

Metronun “28 May” stansiyasında sərnişin stansiya yoluna düşüb. 

Bu barədə Adalet.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Bildirilib ki, qatar maşinisti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Lakin sərnişin (kişi cinsi) vəfat edib. 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.