09 Sentyabr 2025 12:19
110
GÜNDƏM

Bakı metrosunda üz tanıma ilə ödəniş ola bilər

“Bakı Metropoliteni” QSC-də üz tanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiqi ilə bağlı danışıqlar aparılıb.

Adalet.az xəbər verir ki, bu barədə "AzInTelecom" MMC-nin kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev şirkətin media nümayəndələri üçün keçirdiyi təlimdə bildirib.

Onun sözlərinə görə, hazırda "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə üz tanıma texnologiyası ilə bağlı məsələ müzakirə olunub və iki stansiyada sınaqdan keçirilib. 

F.Fərəcullayev bildirib ki, paralel olaraq Bakı metrosunda oxşar mexanizmin tətbiqi imkanları müzakirə olunur.