Əməkdar artist: “Səbrsiz olmağın nə demək olduğunu bilmirəm”

Əməkdar artist Fərqanə Qasımova keçmiş evliliyindən danışıb.
Adalet.az bildrir ki, o yaşadığı çətin dövrü səbr etməklə keçirib:“Düşünürəm ki, insan səbrli olmalıdır. Səbrsizliklə səbr arasında seçim edə bilməmişəm. Mənə görə yalnız insan səbr etməlidir. Yəni yaşadığımız ömür də səbr deməkdir. Dünyaya gəlmişik və Allah bu ömrü bizə səbr etmək üçün bəxş edib. Nə qədər yaşayacağımızı bilmirik. Bunun özü də səbrin bir növü deyilmi? Bizim ixtiyarmız nədir ki səbrsiz olaq? Səbrsiz olmağın nə demək olduğunu bilmirəm. Səbr ettmək təkcə susub dayanmaq deyil. İnsan sevdikləri uğrunda atdığı bütün addımlar səbrin göstəricisidir. Hamı mənə deyir ki, pis vərdişi olan insanla yaşamaq işgəncədir. Ancaq mən həmişə demişəm ki, mən sevdiyim insanla yaşamışam. Mən heç vaxt ayrılmaq qərarı verməmişəm. Sadəcə biz iki insanın həyatı yarım qaldı. Amma bu yarım qalan həyatımıza da 4 övladımız yadigar qaldı”.
Əntiqə
Digər Xəbərlər

Xalq artisti: “Müğənni tamaşaçının zövqünə oxşamalıdır”

Almaxanım Əhmədlinin evində xoş gün

Xalq artisti: “Təzə adamlarla tanış olmağa qorxuram”

Türkan Vəlizadə: “Gərək mən buna yol verməzdim”

Sərdar Ortaçın son halı mövzu oldu

"Belə qadınlar dünyaya uşaq gətirməsin" - Nura Suri

AYAN: “Boşanmış qadınla müğənniyə eyni gözlə baxırlar”
