adalet.az header logo
  • Bakı -°C
07 Oktyabr 2026 15:26
137
HADİSƏ
A- A+

Bakı-Qazax yolunda maşın aşıb, 3 nəfər ölüb - YENİLƏNİB

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və xəsarət alanlar var.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, oktyabrın 7-si saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınıb.

Belə ki, "Mercedes Atego" markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

14:59

Bakı-Qazax yolunda qəza baş verib.

Adalet.az xəbər verir ki, APA-nın məlumatına görə, xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.