Bakı şəhər prokurorluğunun yeni korpusunun açılışı oldu - FOTOLAR
Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılışı və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.
Adalet.az xəbər verir ki, tədbirə Baş prokuror Kamran Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin komitə sədrləri, deputatlar, Baş prokurorluğun rəhbərliyi və prokurorluq əməkdaşları, habelə digər hüquq-mühafizə orqanlarının nümayəndələri və jurnalistlər qatılıb.
Qeyd olunub ki, yeni inşa edilmiş korpusla tanış olan iştirakçılara bildirilib ki, bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.
Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, habelə 125 nəfərlik akt zalı, yeməkxana yaradılıb, eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib.
Daha sonra yeni akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir baş tutub.
Ulu Öndərin əziz xatirəsi yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni təntənəli şəkildə səsləndirildikdən sonra açılış nitqi ilə Baş prokuror Kamran Əliyev çıxış edib.
Baş prokuror Kamran Əliyev, istifadəyə verilmiş akt zalında təşkil edilən ilk tədbirin, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edildiyini qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinin yalnız siyasətçi olaraq deyil, bir xalqın taleyini dəyişən və dövlətin memarı olan bir lider kimi xatırlanmasının əhəmiyyətini vurğulayıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Bakı şəhər prokuroru Elşən Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan danışıblar.
Digər çıxışçılar da öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatların və dövlətin inkişafı istiqamətində atılan addımların Ulu Öndərin ideyalarının davamı olduğunu bildiriblər.
Daha sonra “Xalqın Adamı” adlı sənədli film nümayiş olunub.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20
Fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatdı
18 Sentyabr 2026 18:05
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr 2026 17:11
Şəhid ailələri və qazilərə daha 36 mənzil verildi
17 Sentyabr 2026 21:08
Prezidentlə xanımı ziyarətgahda - VİDEO
17 Sentyabr 2026 20:54
Prezidentlə xanımı "Nəsimi bağları"nda - VİDEO
17 Sentyabr 2026 16:55


Bakı -°C

