Bakı-Xankəndi-Laçın müntəzəm avtobus reysi açılır - Bilet qiymətləri
“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən iyulun 7-dən Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək.
Adalet.az xəbər verir ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da hərəkət edəcək. Reys üzrə aralıq məntəqə olaraq Xocalı, Xankəndi və Şuşa şəhərləri təyin edilmişdir. Avtobuslar Laçın şəhərindən saat 09:00, Şuşa şəhərindən 10:00, Xankəndi şəhərindən 10:30, Xocalı rayonundan isə 11:00-da yola düşəcək.
Bakı-Laçın və əksinə istiqamətdə biletin qiyməti 16.10 manat, Bakı-Şuşa və əksinə istiqamətində 14.80 manat, Bakı-Xankəndi və əksinə istiqamətində 14.20 manat, Bakı-Xocalı və əksinə istiqamətində isə 13.90 manat təşkil edir.
Biletləri yalnız “biletim.az” portalı üzərindən onlayn qaydada əldə etmək olar.
Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.
Digər Xəbərlər
20 Noyabr 2025 13:07
Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək
20 Noyabr 2025 12:48
"Böyük Qayıdış": Xocavəndin Hadrut qəsəbəsinə növbəti köç
20 Noyabr 2025 12:43
Daha 15 ailə Şuşakəndə dönür
20 Noyabr 2025 12:36
Fəsillərin Azərbaycana daxilolma vaxtları AÇIQLANDI
20 Noyabr 2025 10:25
“Kənd sakinlərinin gərəkli şəraiti və qazanc imkanları olsa...”
20 Noyabr 2025 09:56
Polis Akademiyası təbliğat-təşviqat tədbirlərini davam etdirir - FOTO
20 Noyabr 2025 09:00
Ağdamın işğaldan azad edilməsindən 5 İL ÖTÜR
19 Noyabr 2025 16:12


Bakı -°C

