Bakı Xoreoqrafiya Akademiyasında növbəti ustad dərsləri keçirilib
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) dəvəti ilə Rusiyanın A. Y. Vaqanova adına Rus Baleti Akademiyasının Musiqi sənəti kafedrasının I dərəcəli müəllimi Kseniya İvanova akademiyanın tam orta təhsil pilləsinin şagirdlərinə Ritmika fənni üzrə ustad dərsləri keçirib.
Ustad dərsləri zamanı K. İvanova tərəfindən şagirdlərə Ritmika və Fortepiano ifaçılığı fənləri üzrə nəzəri və təcrübi izahlı təhlillər verilib.
Spesifik sahənin incə metodları şagirdlərə aşılanıb, sahə yenilikləri barədə məlumat verilib, ustad dərslərində şagirdlərin fəallığını artıran fənn üzrə təkmilləşdirilmiş hərəkətlər nümayiş olunub.
Eyni zamanda, Kseniya İvanova sinif otaqları və dərs zalları ilə tanış olub.
Ustad dərsləri yekunlaşdıqdan sonra K. İvanova və BXA-nın müəllim heyətinin iştirakı ilə dəyirmi masa ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı tədrisin təkmilləşdirilməsində yeni dərs vəsaitlərinin ərsəyə gətirilməsi, təhsildə qarşıya çıxan problemlərin aradan qaldırılması üçün atılacaq addımlar, müəllim-şagird münasibətləri və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
07 Noyabr 2026 17:59
Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
06 Noyabr 2026 11:12
Türkiyəyə ABŞ-dən qaytarılan 100 mədəniyyət nümunəsi təqdim olundu - FOTOLAR
04 Noyabr 2026 22:32
Mehriban Əliyeva qızı və gəlini ilə simfonik şou izlədi - FOTOLAR
04 Noyabr 2026 11:43
Ana obrazları ilə sevilən aktrisa - Əntiqə Kərimzadə yazır…
03 Noyabr 2026 22:21
Leyla Əliyeva sərgidə - VİDEO
03 Noyabr 2026 18:00
Türkiyədə Azərbaycanın tarixi Zəfərinə mahnı həsr olundu – “Azərbaycan Zəfər Şarkısı”na videoçarx hazırlandı
03 Noyabr 2026 11:51
Leyla Əliyeva Rusiyanın Xalq artisti ilə görüşdü
31 Oktyabr 2026 13:04


Bakı -°C

