adalet.az header logo
  • Bakı -°C
27 Noyabr 2026 23:34
47
İDMAN
A- A+

Mahir Emreli növbəti qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatında növbəti - 4-cü qolunu vurub.

Adalet.az xəbər verir ki, 29 yaşlı hücumçu formasını geyindiyi “Rakuv”un 16-cı turda “Piast”la ev oyununda fərqlənib.

Komandası 0:2 hesabı ilə geridə olarkən Mahir görüşün 59-cu dəqiqəsində rəqib qapısına yol taparaq hesab arasındakı fərqi azaldıb. Start heyətində meydana çıxan Emreli 77-ci dəqiqədə əvəzlənib.

Qarşılaşmada “Rakuv” 1:2 hesabı ilə uduzub.

Çenstoxova təmsilçisi 15 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, bu, Mahirin “Rakuv”la bütün turnirlərdə ümumən 7-ci qolu (23 oyunda) olub. O, həmçinin 3 qol ötürməsi edib.