Futbolçu matçdan sonra güllələnərək öldürüldü
Meksikalı futbolçu Luis Alberto Rios Çaves silahlı hücumun qurbanı olub.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı idmançı həvəskar komandaların qarşılaşmasından sonra güllələnərək öldürülüb.
Hadisə Quanaxuato ştatının İrapuato şəhərində yerləşən "La Estrelya" idman meydançasında qeydə alınıb. Motosikletlə əraziyə gələn silahlı şəxslər oyun başa çatdıqdan sonra kompleksdə olan futbolçuya atəş açıblar. Ağır yaralanan Çaves hadisə yerində həyatını itirib. Hücum zamanı daha bir nəfər də yaralanaraq xəstəxanaya çatdırılıb.
Hadisəni törədən şəxslər ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Hələlik hücumun hansı səbəbdən baş verdiyi məlum deyil.
Qeyd edək ki, Luis Alberto Rios Çaves karyerası ərzində Meksika çempionatının aşağı divizionlarında "Atletiko San-Fransisko"nun şərəfini qoruyub. Son dövrlərdə həvəskar "Arandas" komandasında oynayan futbolçu, eyni zamanda "Loros" futbol akademiyasında uşaqlara məşq keçib.
Digər Xəbərlər
26 Noyabr 2026 11:51
Konfrans Liqası: "Trabzonspor" növbəti sınaq qarşısında
26 Noyabr 2026 09:56
"Düşünürdük ki, duran toplardan nəsə edək" - "Sabah"ın baş məşqçisi
26 Noyabr 2026 09:21
Çempionlar Liqası: “Fənərbağça” “Şaxtyor”a qalib gəldi, “Bavariya” uduzdu - VİDEO
25 Noyabr 2026 23:37
"Sabah" evdə "Barselona"ya məğlub olub - YENİLƏNİB
25 Noyabr 2026 18:00
UEFA “Sabah” – “Barselona” oyunu ilə bağlı paylaşım etdi
25 Noyabr 2026 17:04
"Sabah"ın gəncləri "Barselona"ya uduzdu
25 Noyabr 2026 09:14
Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" "Barselona"nı qəbul edir
25 Noyabr 2026 07:58


Bakı -°C

