adalet.az header logo
  • Bakı -°C
26 Noyabr 2026 11:32
48
GÜNDƏM
A- A+

BŞİH müdaxilə etdi: Tarixi binanın qapısı bərpa olunur

Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən tarixi binanın giriş qapısının dəyişdirilməsi ilə bağlı yayılan görüntülərdən sonra məsələ ilə bağlı tədbir görülüb.

Adalet.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə edildiyi təsdiqlənib.

Belə ki, binanın birinci mərtəbəsində yerləşən tarixi giriş qapısı sökülərək müasir şüşə konstruksiya ilə əvəzlənib.

Araşdırmanın nəticələrinə əsasən, tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması və binanın ilkin memarlıq görkəminin bərpası təmin edilib.

Eyni zamanda, obyektin sahibinə tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi izah olunub və gələcəkdə belə halların təkrarlanmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib.

Qeyd edək ki, tarixi abidələrin qorunması yalnız aidiyyəti qurumların deyil, həm də hər bir vətəndaşın məsuliyyətidir. Memarlıq irsinin müasir konstruksiyalarla əvəzlənməsi şəhərin tarixi simasına vurulan zərbədir.