“Ev təsərrüfatlarının uçotunda əsas risk məlumatların obyektivliyinin təmin edilməməsidir”
“Ev təsərrüfatlarının uçotunun aparılması kimsə üçün problem yaratmaz, amma məlumat toplanmasında obyektivlik təmin edilməzsə problem o zaman yaranar. Prosesin müsbət tərəfləri barədə onsuz da yetəri qədər mütəxəssislər çıxış ediblər. Səsləndirilən fikirlərin böyük əksəriyyətinə qatılıram. Ona görə də indi təkrarən bu prosesin regionların inkişafına, ailə sahibkarlığına, iqtisadi dövriyyədən kənarda qalan resursların və iqtisadi fəaliyyətin uçota alınmasına mümkün təsirləri barədə danışmıram. Sözsüz ki, bu proses regionlarda mövcud problemlərin və onların səbəblərinin müəyyənləşdirilməsi, əsaslandırılmış qərarların qəbul edilməsi üçün ciddi informasiya bazası formalaşdıra bilər”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, mən məsələnin başqa bir tərəfinə, məlumatların toplanmasının obyektivliyinə, etibarlılığına və potensial risklərə toxunmaq istəyirəm:
“Qaydalara əsasən, ev təsərrüfatlarının uçotunu yerli icra hakimiyyəti başçılarının ərazi nümayəndəlikləri aparacaq. Xalqımızın bir deyimi var. «Heç kim öz ayranına turş deməz».Yerli icra hakimiyyəti orqanlarında öz ərazilərinin sosial-iqtisadi vəziyyətini olduğundan daha yaxşı göstərmək meyli yarana bilər. Hətta bununla bağlı rayon rəhbərliyi səviyyəsində kənd nümayəndəliklərinə müəyyən tapşırıqların verilməsi ehtimalını da istisna etmirəm.Amma əminəm ki, nə ölkə rəhbərliyinin, nə də DSK-nın məlumatların olduğundan daha yaxşı göstərilməsində marağı yoxdur. Çünki əsl məqsəd mövcud vəziyyətin real mənzərəsini əldə etmək və onun əsasında obyektiv sosial-iqtisadi təhlillər aparmaqdır.Təsəvvür edək ki, hansısa kənddə məşğulluq səviyyəsi olduğundan yüksək, kommunal xidmətlərlə təminat vəziyyəti olduğundan yaxşı, istifadəsiz torpaqların sahəsi isə olduğundan az göstərilir. Ya da toyuqların sayı sərçələrin sayına çatdırılır.O zaman nə baş verəcək? Həmin kəndin real problemləri dövlətin inkişaf prioritetlərindən kənarda qala bilər. Dövlət investisiyaları yanlış istiqamətləndirilər, sosial dəstək mexanizmlərinin ünvanlılığı zəifləyər, infrastruktur layihələri faktiki tələbatdan kənar planlaşdırılar.Yanlış məlumatlar əsasında hazırlanmış dövlət proqramlarının icrasına milyonlarla manat vəsait xərclənə bilər. Bir neçə ildən sonra isə arzuolunan nəticələrin niyə əldə edilmədiyinin səbəblərini araşdırmağa başlayarıq. Problemlərin həlli üçün yenidən maliyyə, insan və zaman resursları səfərbər edilər.Bu baxımdan, məlumatların etibarlılığının yoxlanılması üçün müstəqil nəzarət mexanizminin yaradılması, seçmə qaydada təkrar sorğuların keçirilməsi və əldə edilən məlumatların digər informasiya mənbələri ilə müqayisə edilməsi vacibdir.Əlqərəz, 2024-cü ildə hüquqi əsası formalaşdırılmış və 2027-ci ildən yenilənmiş formada həyata keçiriləcək bu prosesdən ciddi sosial-iqtisadi nəticələr gözləmək olar. Amma bunun üçün 3 əsas şərt var. Məlumatlar doğru toplanmalı, obyektiv təhlil edilməli və qəbul edilən qərarlarda nəzərə alınmalıdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Noyabr 2026 10:02
“Azeri Light” bahalaşdı
23 Noyabr 2026 18:42
Qızıl bahalaşdı
23 Noyabr 2026 18:02
Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?
22 Noyabr 2026 00:32
Dünyanın iqtisadi nəhəngləri: Hansı ölkələr liderdir?
20 Noyabr 2026 12:44
“Əslində isə imkanlar kifayət qədər genişdir...”
20 Noyabr 2026 10:35
“Vyetnam ilə iqtisadiyyatın fərqli sektorlarında əməkdaşlıq imkanları yüksəkdir”
19 Noyabr 2026 10:24
“Bu gün böyük dövlətlər arasında rəqabət yalnız hərbi və siyasi müstəvidə getmir”
18 Noyabr 2026 11:51


Bakı -°C

