“Zorakılığa məruz qalmış şəxsləri mühakimə etdikcə...”
“Zorakılığın qarşısının alınması hər gün, hər an gərəkdir. 16 gün ərzində həyata keçirilən fəallığın əsas mahiyyəti problemə uşaqdan böyüyə qədər hər kəsin diqqətini çəkməkdir. Bu baxımdan hər kəsin yaşına uyğun məlumatlandırması mühüm yanaşmadır. Ən vacibi isə zorakılıqla bağlı mifləri dağıtmaq, özümüzdə formalaşmış sterotiplərdən xilas olmalıyıq. Zorakılığa bəraət olmamalıdır”.
Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
“Hər hansı şəxsin zorakılığa məruz qalması onun günahı kimi qiymətləndirilməsi düşüncəsindən azad olmalıyıq. Bu 16 gündə Təmiz Dünya QYİB adından qadınlara çağırışım qadınları mühakimə etməkdəm öncə onlara dəstək verməyə çalışın. Əmin olun ki, zorakılığa bəraət verənlər zorakılığı dəstəkləyənlər mütləq zorakılığın hansısa forması ilə üzləşməsi qaçılmazdır. Çünki, zorakılıq yumruqdan yox, düşüncədən qaynaqlanır. Zorakılığa məruz qalmış şəxsləri mühakimə etdikcə, zorakılıq düşüncəsinin möhkəmlənməsinə, onların öz əməllərinin leqallığının əminliyinə dəstək vermiş olursunuz. 16 gün həm də daha fərqli düşünmə üçün vaxtdır. Vaxtınızı itirməyin!”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

