Namazı lağa qoyub nasist salamı vermişdi - 4 il sonra cəzalandırıldı
Fransada müsəlmanların ibadətini təqlid edərək namazı lağa qoyan, daha sonra isə nasist salamı verib “Yaşasın Hitler” qışqıran gömrük məmuru Patrik T.-nin cəzası hadisədən dörd il sonra müəyyənləşib.
Adalet.az xəbər verir ki, “Mediapart” nəşrinin məlumatına görə, 2022-ci ilin yanvarında Şomon şəhərindəki Gömrük İttifaqında keçirilən şam yeməyində üç məmurun müsəlmanları istehza ilə təqlid etdiyi videogörüntülər üzə çıxıb.
Bundan əlavə, ittifaqın rəhbəri təyin edilən Patrik T.-nin nasist salamı verdiyi və svastika təsvirli corablar geyindiyi fotoların da yayılması ölkədə ciddi qəzəbə səbəb olub.
İnzibati araşdırmalardan sonra vəzifəsindən uzaqlaşdırılan məmura 2 il işdən kənarlaşdırılma cəzası verilib. Cəzanın bir ili şərti hesab edildiyindən o, faktiki olaraq 1 il işindən uzaq qalacaq və bu müddət bitdikdən sonra vəzifəsinə qayıda biləcək. Görüntülərdə yer alan digər iki məmur barəsində isə araşdırma davam edir.
Digər Xəbərlər
26 Noyabr 2026 09:22
Tehrana hücumun yeni görüntüləri yayıldı - VİDEO
26 Noyabr 2026 09:04
Tramp və Rütte Ukrayna və İranı müzakirə ediblər
26 Noyabr 2026 07:54
Pentaqon süni intellekti zirehli texnikaya və dəniz dronlarına inteqrasiya etməyi planlaşdırır
26 Noyabr 2026 07:45
9 il sonra mühacirətdən qayıdır - Əfv edildi
25 Noyabr 2026 21:23
Pezeşkian tələbələrin etirazından sonra səhnəni tərk etdi - VİDEO
25 Noyabr 2026 17:50
Qazaxıstan Prezidenti Moskvaya səfər edib
25 Noyabr 2026 17:18
Lukaşenko Belarusun növbəti liderinin kim olacağını açıqladı
25 Noyabr 2026 09:23


Bakı -°C

