Qanunsuz balıq ovuna qarşı reyd keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi”nin Su bioresurslarının mühafizə şöbəsinin və regional bölmələrin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə xidmətinin əməkdaşları tərəfindən reydlər mütəmadi olaraq davam etdirilir. Son zamanlar ovlanması qadağan edilmiş balıq növlərinin qanunsuz ovlaması ilə əlaqədar növbəti faktlar aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Adalet.az-a bildirilib ki, noyabrın 21-də Siyəzən rayonunun Balaca Həmyə kəndi istiqamətində Xəzər dənizindən qanunsuz balıq ovlayan vətəndaş Tərlan Məmmədovun qayığına baxış zamanı 3 ədəd bölgə (Huso huso) balığı və 1 ədəd rus nərəsi (Acipenser stellatus) balığı, noyabrın 26-da Siyəzən rayonunun Böyük Həmyə kəndi istiqamətində Xəzər dənizindən qanunsuz balıq ovlayan vətəndaş Balağa Atakişiyevin qayığına baxış keçirilən zaman isə qayıqda ovlanması qadağan olunmuş 2 ədəd rus nərəsi (Acipenser gueldenstaedtii) balığı aşkar edilib.
Qanunsuz balıq ovlayan şəxslər barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Digər Xəbərlər
27 Noyabr 2026 16:38
Cəbrayıla 10 baş ceyran buraxıldı - FOTO
27 Noyabr 2026 15:19
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2026 10:00
Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib
26 Noyabr 2026 11:21
Qadına qarşı kim zorakılıq edir? – Kişilərin düşündürən cavabları
26 Noyabr 2026 07:50
Bakının bu ərazisində evlər söküləcək - Kompensasiya məbləği bilindi - VİDEO
25 Noyabr 2026 13:32
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN
25 Noyabr 2026 12:24
Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
25 Noyabr 2026 12:11


Bakı -°C

