Bakıda 11 il əvvəl törədilmiş cinayətin ÜSTÜ AÇILDI
Sabunçu rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Hənifə Namiq Naib oğlunun qəsdən öldürülməsi müəyyən olunub.
Baş Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Cəfərov Hüseyn Gülağa oğlunun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Hüseyn Cəfərov dekabrın 1-də Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib, müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
Digər Xəbərlər
23 Oktyabr 2026 09:53
Olimpiya Kompleksinin direktoru həbs edildi - Yarım milyonluq mənimsəmə
22 Oktyabr 2026 17:27
25 il əvvəl törədilən qətllə bağlı - Birgə məlumat
21 Oktyabr 2026 13:50
Gürcüstanda əməliyyat keçirilib, 142 nəfər saxlanılıb
21 Oktyabr 2026 12:39
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
21 Oktyabr 2026 12:28
Bakıda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
21 Oktyabr 2026 10:41
Ramiz Əzizbəylinin kürəkəni dələduzluğa görə həbs edildi
20 Oktyabr 2026 11:31
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
19 Oktyabr 2026 17:38


Bakı -°C

