Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sərtləşdirilir
Milli Məclis Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsini və hüquqi şəxslərin bu sahədə məsuliyyətinin dəqiqləşdirilməsi məsələsini son oxunuşda qəbul edib.
Adalet.az xəbər verir ki, bununla bağlı Cinayət və Cinayət-Prosessual Məcəllələrinə təklif edilən dəyişiklik parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Sənəddə qeyd olunub ki, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.
Layihəyə əsasən, terrorçuluğun maliyyələşməsinin digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəətin əldə edilməsi deyil, vəsaitlərin terror aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
23 Oktyabr 2026 12:19
Hərbi qulluqçuların rütbə müddətləri DƏYİŞİR
23 Oktyabr 2026 12:04
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23 Oktyabr 2026 12:00
"Ölkəmiz ideoloji məkanını da işğaldan təmizləyir" - Komitə sədri
23 Oktyabr 2026 11:58
Parlament daha bir beynəlxalq sənədi ratifikasiya etdi
23 Oktyabr 2026 11:26
XİN başçısı hindistanlı həmkarı ilə görüşdü - YENİLƏNİB
23 Oktyabr 2026 11:24
Fazil Mustafa Bakı məktəblərindəki sıxılığı TƏNQİD ETDİ
23 Oktyabr 2026 11:23
"Ermənistanın qeyri-sabit siyasəti ciddi suallar yaradır" - Deputat
23 Oktyabr 2026 11:12


Bakı -°C

