Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
16.06.2026-cı il təvəllüdlü qız körpə ağır gedişli suçiçəyi (varicella) və onunla əlaqəli ağırlaşmalar fonunda avqustun 31-də Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Yenidoğulmuşların reanimasiyası şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Adalet.az-a bildirilib ki, hospitalizasiya zamanı vəziyyəti ağır qiymətləndirilən və huşu aydın olmayan körpədə geniş yayılmış səpgilər, nekrotik dəyişikliklər və ağır tənəffüs çatışmazlığı müşahidə edilib. Körpə süni tənəffüs cihazına qoşulub və ona ağır parametrlərdə tənəffüs dəstəyi göstərilib.
Uğurla tamamlanan reanimasiya tədbirlərindən sonra həkimlərin uzunmüddətli intensiv müalicəsi, fasiləsiz tibbi müşahidə və peşəkar yanaşması nəticəsində körpənin vəziyyətində müsbət dinamika əldə olunub.
Müalicə nəticəsində vəziyyəti stabilləşən körpə 12 sentyabr 2026-cı il tarixində evə buraxılıb.
Digər Xəbərlər
18 Oktyabr 2026 11:27
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
17 Oktyabr 2026 16:13
Bu qidalar beyin zədələnməsi riskini artıra bilər
17 Oktyabr 2026 09:38
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
16 Oktyabr 2026 16:50
Xocalıda 147 sakin tibbi müayinədən keçirilib
15 Oktyabr 2026 13:24
“Hər gün saatlarla telemsafonda oturanların kürək hissəsi donqarlaşır”
14 Oktyabr 2026 07:21
Dırnaqlardakı dəyişikliklər hansı xəstəliklərdən xəbər verir?
14 Oktyabr 2026 07:19
Yedikləriniz əhvalınıza təsir edirmiş
13 Oktyabr 2026 18:22


Bakı -°C

