Bakıda 27 yaşlı oğlan ögey anasını qətlə yetirdi - YENİLƏNİB
Noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan Adalet.az-a bildirilib ki, araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
09:39
Bakıda qətl törədilib.
Adalet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 20 radələrində 1997-ci il təvəllüdlü Qasım Abbas oğlu Məmmədovun yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsindəki evdə anası 1978-ci il təvəllüdlü İlhaməni bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.
Qadın hadisə yerində ölüb.
Q.Məmmədov polis əməkdaşları tərəfindən tutulub.
Bildirilib ki, gənc oğlan əvvəllər xuliqanlıq və narkotiklə bağlı cinayətlərə görə məhkum edilib.
Digər Xəbərlər
14 Noyabr 2026 00:30
Bakıda kafedə insident - Saxlanılanlar var - YENİLƏNİB
13 Noyabr 2026 19:58
Tələbələrin fotolarını süni intellektlə düzəldib şantaj etdi - Saxlanıldı - VİDEO
13 Noyabr 2026 17:45
Tovuzda hamilə qadın bıçaqlandı
13 Noyabr 2026 17:30
Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi
13 Noyabr 2026 09:10
Polis "TikTok"da 300 min manatlıq dələduzluq edən şəxsləri saxladı
12 Noyabr 2026 12:31
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var -VİDEO
12 Noyabr 2026 12:13
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
12 Noyabr 2026 10:13


Bakı -°C

