Bakıda 35 kq narkotik dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Adalet.az DİN-ə istinadən xəbər verir ki, əməliyyatlar paytaxtın Binəqədi və Qaradağ rayonları ərazilərində baş tutub. Bir neçə gün davam edən tədbirlərin nəticəsi olaraq 29 yaşlı Ruslan Hüseynov müəyyən edilərək saxlanılıb. Onun avtomobilindən 35 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. R.Hüseynov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Füzuli rayonu ərazisindəki əvvəlcədən təyin edilən yerdən götürdüyünü və maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, R.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ölkəboyu fasiləsiz davam etdirilir.
Digər Xəbərlər

Vətəndaşların 25 min manata yaxın vəsaitini ələ keçirənlər saxlanıldı

Binəqədidə silah-sursat tapıldı

Səfərbərlik Xidmətinin idarə rəisi saxlanıldı

Qoyun oğurlayanlar tutuldu

Cinayətdə şübhəli bilinən 58 nəfər saxlanıldı

Vardanyan kimlərlə gizlin danışırmış - Məhkəmədə ifşa edildi - FOTOLAR

Cinayətdə şübhəli bilinən 27 nəfər saxlanıldı
