Bakıda 70 min manat və qızıl-zinət əşyaları oğurladı - VİDEO
Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək naməlum şəxsin mənzilindən içərisində 70 min nağd pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və şəxsi sənədləri olan seyfinin talandığını bildirib.
Adalet.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Məhəmməd Məcid müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin ev sahibinin mənzildə olmadığından istifadə edərək içəri daxil olduğu və seyfi oğurladığı məlum olub. Hadisə zamanı saxlanılan şəxsin cinayətin baş verdiyi ünvana gəliş-gedişi təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
08 Dekabr 2025 10:15
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
07 Dekabr 2025 16:42
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanıldı
06 Dekabr 2025 20:20
Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi
06 Dekabr 2025 12:36
Külli miqdarda dərmanın ölkəyə gətirilməsinin qarşısı alındı
05 Dekabr 2025 16:11
DİN və AQTA birgə tədbir keçirdi - 1 tondan artıq yararsız at əti aşkar olundu - VİDEO
05 Dekabr 2025 10:04
Tulin Ələkbərova tələbəsi ilə birlikdə saxlanıldı
04 Dekabr 2025 20:07
Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı uğurla alındı - BİRGƏ MƏLUMAT
04 Dekabr 2025 18:36


Bakı -°C

