Bakıda 9 ayda 1463 qəza qeydə alınıb - VİDEO
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 9 ay ərzində 1463 yol-nəqliyyat hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Bakı şəhər DYPİ-nin əməkdaşlarına dərhal məlumat verilib. Qeydə alınan qəzaların təhlili göstərib ki, bəzi sürücülər yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməklə yanaşı, ara məsafəsinə düzgün əməl etmirlər, yol nişanlarının tələblərini pozurlar. Nəticədə də hadisələr qaçılmaz olur və yollarda bu səbəbdən sıxlıq yaranır. Cari dövr ərzində 1557 texniki nasaz nəqliyyat vasitəsinin yollarda qalması da digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 55 küçə və prospekt üzrə 53 mindən çox “yaşıl dalğa” əmri tətbiq edilib. Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu istiqamətdə işlər davam etdirilir.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:04
Bakıda kişi marketdə autizmli uşağının gözü qarşısında arvadını döydü - VİDEO
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51
19 yaşlı Xədicənin ölüm təfərrüatı: Qumbara evə necə gətirilib? – VİDEO
16 Sentyabr 2026 18:01
Avtomobillə toqquşan marşrut avtobusu aşdı - Yaralılar var - VİDEO
16 Sentyabr 2026 17:14
Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
16 Sentyabr 2026 12:13
Mənzilin qapı zənginə oyanmayan uşağı - Xilasedicilər eyvandan girib oyatdı -VİDEO
16 Sentyabr 2026 11:13
Xınalıq yolunda sürüşmə oldu - VİDEO
15 Sentyabr 2026 17:13


Bakı -°C

