Bakıda avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq – İLK DƏFƏ
Bakıda ilk dəfə avtobusların hərəkəti üçün nəzərdə tutulan xüsusi svetofor quraşdırılacaq.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.
Onun sözlərinə görə, ilkin mərhələdə xüsusi svetoforun paytaxtın Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində quraşdırılması nəzərdə tutulur.
Layihə çərçivəsində mövcud “L” tipli dirəkdə “T” formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi svetofor yerləşdiriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi əsasında həyata keçiriləcək layihənin əsas məqsədi avtobusların xüsusi hərəkət zolaqları ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.
Ö.Xıdırov bildirib ki, layihənin ilkin tətbiqinin nəticələri qiymətləndirildikdən sonra bu növ svetoforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanları nəzərdən keçiriləcək.
Digər Xəbərlər
19 Noyabr 2026 13:26
Çin dünyanın ən böyük maşın devi olan Almaniyanı maşın bazarından çıxartmaq üzrədir
19 Noyabr 2026 08:23
Bakıda hansı yollarda tıxac var? - SİYAHI
18 Noyabr 2026 11:52
"İkinci əl" avtomobillərin satışı üçün yeni prosedur
18 Noyabr 2026 11:50


Bakı -°C

