Bakıda avtomobil "Kamaz"la toqquşdu
Yasamal rayonu, Kənar dairəvi yolda minik avtomobili "Kamaz"la toqquşması nəticəsində ölən və xəsarət alanlar var.
Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Toyota" markalı minik avtomobilinin hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
21 Aprel 2026 11:34
İntihar çıxış yolu deyil...
21 Aprel 2026 10:37
Sinif yoldaşı tərəfindən yandırılan şagirddən XƏBƏR VAR
20 Aprel 2026 19:51
Uşaq dünyaya gətirən 15 yaşlı qıza təcavüz olunub - İDDİA - VİDEO
20 Aprel 2026 19:10


Bakı -°C

