adalet.az header logo
  • Bakı 13°C
06 May 2023 22:45
929
KRİMİNAL

Bakıda axtarışda olan şəxs 2 polisə xəsarət yetirdi

Bakının Xəzər rayonunda axtarışda olan şəxs 2 polisə xəsarət yetirib.

Adalet.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.

Belə ki, axtarışda olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları - 1991-ci il təvəllüdlü Rəcəbov Yavər Mərdan oğlu və 1985-ci il təvəllüdlü Yolçuyev Xəzər Şakir oğluna bıçaq xəsarətləri yetirib. Bundan başqa o öz qohumu, 1966-ci il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır./apa