Bakıda dövlət qurumundan oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO
Sabunçu rayonunda dövlət müəssisələrindən birinin inzibati binasının dəmir məhəccərlərini oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Hadisə nəticəsində müəssisəyə 5000 manata yaxın maddi ziyan dəyib. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Əli Əliyev saxlanılıb.
Aparılan araşdırmalar zamanı onun Sabunçu rayonunda əlavə olaraq 17 ədəd kanalizasiya quyusunun dəmir qapaqlarını oğurladığı da müəyyən edilib. Bundan başqa Əli Əliyev Kürdəxanı, Zabrat və digər ərazilərdə yerləşən ümumilikdə 10 evdən təmir-tikinti və məişət əşyaları oğurladığını bildirib.
Faktlarla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
03 Oktyabr 2026 17:50
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
03 Oktyabr 2026 11:46
Polis bir gündə 57 nəfəri saxladı
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49
Bərdədə 26 yaşlı gənc qətlə yetirildi
30 Sentyabr 2026 10:19
Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanıldı
29 Sentyabr 2026 12:15


Bakı -°C

