Robotların sayı 5 milyonu keçdi
Dünyadakı fabriklərdə aktiv sənaye robotlarının sayı 2025-ci ildə 9 faiz artaraq 5 milyon 79 minə çatıb.
Adalet.az bildirir ki, bu barədə Beynəlxalq Robototexnika Federasiyasının məlumatında bildirilib.
Təkcə ötən il fabriklərdə 600 mindən çox yeni robot quraşdırılıb. Çin sənaye robotlarının quraşdırılmasında dünya lideri olaraq qalır.
Mütəxəssislərin məlumatına görə, robotlardan xüsusilə avtomobil, elektronika və metal emalı sənayesində geniş istifadə olunur.
Sənaye müəssisələri istehsalın sürətləndirilməsi, məhsuldarlığın artırılması və insan əməyinin ağır və təhlükəli sahələrdə azaldılması üçün robot texnologiyalarına daha çox üstünlük verir./Lent.az
Digər Xəbərlər
22 Oktyabr 2026 11:47
Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
21 Oktyabr 2026 07:07
Süni intellekt indi də oğurluq etdi
20 Oktyabr 2026 11:42
Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar olur
19 Oktyabr 2026 14:40


Bakı -°C

