Bakıda əməliyyat - Saxlanılanlar var - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN-dən Adalet.az-a bildirilib ki, tədbirlər zamanı 44 yaşlı Samirə Rüstəmova, 36 yaşlı Bayram Feyziyev, 28 yaşlı Yaşar Əhmədov, 44 yaşlı Elbəyi Çərkəzov və 41 yaşlı Saleh Mirməmədov saxlanılıblar. Onlardan ümumilikdə 5 kiloqramdan artıq heroin, marixuana, psixotrop maddə metamfetamin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi gəlir qazanmaq niyyətində olduqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

DİN vətəndaşların məlumatlarını kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

3 tondan artıq çətənə bitkisi məhv edildi

Sumqayıtda 36 yaşlı qadın bıçaqlanıb

Hamilə qadının ölməsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Bakıda iki evdən 11 min manat oğurlandı

"Dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımında zərərçəkən
