Bakıda evdən 10 min manatlıq oğurluq olub
Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib
Polisə müraciət edən zərərçəkmiş dekabrın 16-da evindən 10.000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı M.Kərimov və 20 yaşlı M.Qurbanzadə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
18 Dekabr 2024 16:54
POLİSDƏN ƏMƏLİYYAT: Maşına basqın edib 127 min manatı ələ keçirənlər həbs olundu - VİDEO
18 Dekabr 2024 10:44Qanunsuz silah-sursat aşkarlandı
18 Dekabr 2024 10:32Polis 11 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb
18 Dekabr 2024 10:13Cinayətdə şübhəli bilinən 44 nəfər tutuldu
18 Dekabr 2024 09:22