Bakıda evə basqın edildi - polis zərərsizləşdirdi
Sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs kəsici-deşici alətlə müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.
Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, əvvəllər qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Haxverdiyev Elşən Zaur oğlu olub.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
01 Yanvar 2026 13:03
“Qarpız” yükünün içərisində narkotik keçirməyə cəhd etdilər - VİDEO
30 Dekabr 2025 17:20
Keçmiş iş yerindən 6 min manatlıq oğurluq etdi
30 Dekabr 2025 13:34
Axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb
30 Dekabr 2025 11:57
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi
29 Dekabr 2025 12:54
Bakıda 803 qutu pirotexniki vasitə aşkarlandı - VİDEO
26 Dekabr 2025 13:32
Abşeronda pirotexniki vasitələr satanlar saxlanıldı
26 Dekabr 2025 10:04
Dələduzluqda ittiham edilərək işi məhkəmədə olan şəxs yenidən eyni əmələ görə saxlanıldı
25 Dekabr 2025 17:30


Bakı -°C

