Bakıda idman zalından oğurluq edildi
Ötən gün paytaxtın Xətai rayonunda yerləşən idman zallarının birində talama cinayəti baş verib. Naməlum şəxs səhər saatlarında obyektə daxil olaraq içərisindən 8500 manat dəyərində geyim və idman əşyaları, kompüter oğurlayıb. Bu barədə zərərçəkən polisə məlumat verib.
Adalet.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə dəfələrlə məhkum edilmiş 41 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Xəzər rayonunda isə Binə qəsəbə sakininin həyətyanı sahəsindən 1000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunan 41 yaşlı Z.Əliyev də saxlanılıb.
Araşdırmalar aparılır.
Digər Xəbərlər
02 Mart 2026 11:00
Qanunsuz saxlanılan xeyli silah-sursat aşkarlandı
28 Fevral 2026 15:21
Qaradağda 66 kiloqramdan çox narkotik dövriyyədən ÇIXARILDI
28 Fevral 2026 11:23
Biləsuvarda 2 nəfər narkotiklə tutuldu
28 Fevral 2026 10:46
“WhatsApp”la kart məlumatları tələb edənlərə inanmayın - VİDEO
28 Fevral 2026 10:10
Axtarışda olan 145 nəfər saxlanıldı
27 Fevral 2026 17:34
“TikTok”da tələbələrin fotolarını yayan şəxs barəsində cinayət işi başlanıldı - VİDEO
27 Fevral 2026 12:23
Azərbaycan-İran sərhədində silahlı insident - FOTOLAR
26 Fevral 2026 21:40


Bakı -°C

