adalet.az header logo
  • Bakı -°C
03 Avqust 2026 16:43
70
GÜNDƏM
A- A+

Bakıda iki marşrut üzrə avtobuslar yenilənir

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə əlaqələndirən 51 nömrəli və Zabrat qəsəbəsi ilə əlaqələndirən 118A nömrəli marşrutlarda istismar olunan avtobuslar yenilənir.

Adalet.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, avqustun 4-dən bu marşrutlar üzrə müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan "King Long" markalı avtobuslar sərnişinlərə xidmət göstərəcək.

Hər iki marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.