Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Bakının Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli binanın sakinləri binanın yaxınlığında aparılan işlərdən narahat olduqlarını bildiriblər.
Adalet.az xəbər verir ki, sakinlərin iddiasına görə, binanın alt hissəsində ticarət mərkəzinə metrodan keçid üçün tikinti işləri aparılır və bu proses onların yaşayış şəraitinə təsir edir. Onlar qazıntı və digər işlərin binanın təhlükəsizliyi ilə bağlı narahatlıq yaratdığını qeyd edirlər.
Binanın komendantı kimi təqdim olunan İsa Talıblı isə bildirib ki, söhbət gedən ərazi binaya deyil, metro infrastrukturuna aiddir və aparılan işlərin yaşayış binasına hər hansı aidiyyəti yoxdur.
Məsələ ilə bağlı "Bakı Metropoliteni"ndən bildirilib ki, "Həzi Aslanov" stansiyasının 5-ci çıxışı istiqamətində yerləşən ticarət mərkəzi tərəfindən həmin əraziyə birbaşa keçidin təşkili ilə bağlı təmsil etdiyi quruma müraciət olunub. Müraciətə baxılaraq, "Bakı Metropoliteni"nin müəyyən etdiyi texniki şərtlər, tikinti norma və qaydaları, eləcə də bütün təhlükəsizlik tələblərinin tam təmin edilməsi şərti ilə keçidin inşasına razılıq verilib. Yeni keçid sərnişinlərin hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə, eləcə də sərnişin axınının daha səmərəli yönləndirilməsinə xidmət edəcək.
Digər Xəbərlər
03 Avqust 2026 13:35
Elektron siqaret qadağası ilə bağlı bəzi qanunlara dəyişiklik edildi
03 Avqust 2026 10:42
“Gələcəkdə psixiatrik xidmətlərə müraciət edən şəxslərin ...”
02 Avqust 2026 18:18
Leyla Əliyevadan qardaşına təbrik - FOTO
01 Avqust 2026 14:15
Mehriban Əliyeva Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
01 Avqust 2026 12:43
Sabah 39° isti olacaq
01 Avqust 2026 12:39
Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma
01 Avqust 2026 09:47
BDYPİ-dən həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış
01 Avqust 2026 00:01


Bakı -°C

