Bakıda minib-düşmə yeri zəbt edilib - VİDEO
Bakının Nəsimi rayonu, Füzuli küçəsində minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə yaradilan xüsusi yer digər maşinlar tərəfindən zəbt olunur.
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, avtomobillər yeri tapa bilmədikləri üçün sərnişinləri yolun hərəkət hissəsində düşürməyə məcbur qalırlar. Bu vəziyyət isə sürücüləri və sərnişinləri ciddi təhlükə ilə üz-üzə qoyur.
Vətəndaşların sözlərinə görə, bu problem uzun müddətdir davam edir. Onlar iddia edirlər ki, həmin avtomobillər ərazidə yerləşən qurumların əməkdaşlarına məxsusdur.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, sözügedən ərazidə hərəkətin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Bununla yanaşı, aidiyyəti qurumla birgə aparılmış təhlillərin nəticəsinə uyğun olaraq qeyd olunan küçədə əlavə nizamlama vasitələrinin də tətbiqi nəzərdə tutulur.
Digər Xəbərlər
26 Iyul 2026 13:31
Temperatur 40 dərəcə qalxacaq - PROQNOZ
25 Iyul 2026 15:47
Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
24 Iyul 2026 17:00
İtkin düşən çobanın anası kömək istədi: "Oğlum barədə məlumatı olan xəbər versin"
24 Iyul 2026 16:17


Bakı -°C

