adalet.az header logo
  • Bakı 13°C
16 May 2023 10:14
889
KRİMİNAL

Bakıda sürücünü döyüb pulunu aldılar

Mayın 15-də saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində “Toyota” markalı bir avtomobildə sərnişinin sürücünün başına yumruqla vuraraq saxlanc yerindəki 15 manat pulunu götürməsi və düşərək avtomobilə də ziyan vurması barədə polisə məlumat daxil olub. 

Adalet.az xəbər verir ki, Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Kənan Əsgərov müəyyən olunaraq saxlanılıb. 

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.