Bakıda uşaqlara işgəncə verən direktordan XƏBƏR VAR

Bakı Apellyasiya Məhkəməsində Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı istintaqa cəlb olunan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirindən zərərçəkmiş şəxs tərəfindən verilən şikayətə baxılıb.
Adalet.az bildirir ki, prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin verdiyi şikayət təmin olunmayıb və Nizami rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, iş üzrə zərərçəkmiş kimi tanınan uşaqlardan birinin valideyni Elxan Muradov hər 3 şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğvini və onlar barəsində həbs qətimkan tədbirinin seçilməsini ilə bağlı apelyasiya şikayəti vermişdi.
Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə istintaq orqanı tərəfindən təqdimatlara baxılıb. Hər 3 təqdimat təmin edilib və təqsirləndirilən şəxslər barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri və vəzifədən uzaqlaşdırma ilə bağlı qərarlar qəbul edilib.(trend)
Digər Xəbərlər
31 Oktyabr 2025 21:07 MƏHKƏMƏ: Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatdı - FOTOLAR
31 Oktyabr 2025 19:27 DTX tərəfindən saxlanılan Vüqar Məmmədovla bağlı qərar verildi
31 Oktyabr 2025 19:17 İslam Rzayev bu cinayətlərdə ittiham olunur - QƏRAR VERİLDİ
31 Oktyabr 2025 17:53 Meşəbəyi rüşvətə görə HƏBS EDİLDİ
31 Oktyabr 2025 15:34 Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir
30 Oktyabr 2025 14:27 Məhkəmədə Tovuz döyüşlərindən sonra lentə alınmış videomaterial nümayiş etdirilib
29 Oktyabr 2025 16:28 Elton Məmmədov Baş Prokurorluğa çağırıldı - Rəsmi xəbərdarlıq
28 Oktyabr 2025 12:07 

Bakı -°C 






