Bakıda yol qəzasında 10 yaşlı uşağın ayağı sınıb

Bakının Yasamal rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Adalet.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2012-ci il təvəllüdlü Əhmədli Həbib Ramin oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.(report)
Digər Xəbərlər

Azərbaycanda çəkildiyi iddia edilən fotolarla bağlı rəsmi açıqlama - FOTO

Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb

Oğuzda ağac kəsiminə görə polis cinayət işi başlatdı
