Bakıda Zəfər yürüşləri başlandı
Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə bu gün Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə üç yürüş təşkil olunub.
Adalet.az xəbər verir ki, hazırda Şəhidlər xiyabanı, Q.Musabəyov parkı və "Olimpik Star" İdman və Əyləncə Mərkəzinin yanından yürüşlərə başlanılıb.
Şəhidlər xiyabanından başlanan yürüş "Alov Qüllələri" Kompleksi - metronun "İçərişəhər" stansiyası - Qoşa qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi istiqamətində davam edib, Bəhram Gur heykəlinin yanında başa çatacaq.
Q.Musabəyov parkından başlanan yürüş isə Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti istiqamətində davam edib, Şəhidlər xiyabanında başa çatacaq.
"Olimpik Star" İdman və Əyləncə Mərkəzinin yanından başlanan yürüş Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli istiqamətində davam edib, Neftçilər prospektində başa çatacaq.
Digər Xəbərlər
06 Noyabr 2025 13:05
Polis Akademiyası kursantlarından “Zəfər təntənəsi” - VİDEO
06 Noyabr 2025 12:51
Ombudsmandan bəyanat: mina xəritələri məsələsi həllini tapmalıdır!
06 Noyabr 2025 12:30
Nazir İslam İnkişaf Bankı rəsmiləri ilə görüşdü
06 Noyabr 2025 12:09
“Tanınmış adamların, bu cür nümunələrin artmasına vəsilə olması...”
06 Noyabr 2025 11:13
Evini kirayə verənlərin nəzərinə! - Vergi verəcəksiniz
06 Noyabr 2025 11:09
Bərbərxanalar və gözəllik salonlarından ƏDV geri almaq mümkün olacaq
06 Noyabr 2025 10:11
Xankəndidə hərbçilərin Zəfər yürüşü keçirilir
05 Noyabr 2025 15:58


Bakı -°C

