Nazir İslam İnkişaf Bankı rəsmiləri ilə görüşdü
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüş keçirib.
Adalet.az xəbər verir ki, görüş zamanı AZCON Holding-ə daxil olan şirkətlərlə effektiv tərəfdaşlığın qurulması və layihələrin maliyyələşdirilməsi məsələləri müzakirə edilib.
Tərəflər, həmçinin gələcək əməkdaşlıq üçün imkanların araşdırılması istiqamətində fikir mübadiləsi aparıblar.
Görüşdə ölkəmizin təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu bildirilib.
Məhəmməd Süleyman Əl-Casir Azərbaycanda son illər ərzində rəqəmsallaşma sahəsində görülən işləri yüksək qiymətləndirdiyini vurğulayıb.
Digər Xəbərlər
06 Noyabr 2025 13:28
Türkiyə F-16-ları Bakıda keçiriləcək hərbi paradda iştirak edəcək
06 Noyabr 2025 13:05
Polis Akademiyası kursantlarından “Zəfər təntənəsi” - VİDEO
06 Noyabr 2025 12:51
Ombudsmandan bəyanat: mina xəritələri məsələsi həllini tapmalıdır!
06 Noyabr 2025 12:09


Bakı -°C

