Avtobus marşrutlarına onlayn bilet satışı artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən "biletim.az" portalı vasitəsilə onlayn qaydada 654 278 bilet əldə edilib.
Adalet.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,6 % çoxdur. 2024-cü ilin 10 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 22 % idisə, cari ilin müvafiq dövründə bu rəqəm 33 %-ə yüksəlib.
Qeyd edilib ki, bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal şəkildə istifadə etdiklərini göstərir.
Xatırladaq ki, "biletim.az" portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 346 reys olmaqla 394 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Digər Xəbərlər
06 Dekabr 2025 21:00
“VEST PARK” MMC Bakıda tarixi binanı zədələdi
06 Dekabr 2025 16:35
Hava yenidən PİSLƏŞƏCƏK: Leysan olacaq, qar yağacaq
06 Dekabr 2025 12:11
Naxçıvan dəmir yolunun Ermənistanla sərhədindəki tikintidən YENİ GÖRÜNTÜLƏR
06 Dekabr 2025 10:48


Bakı -°C

